Avropada təbii qazın qiyməti 1 600 dolları ötüb

Avropada təbii qazın qiyməti 1 600 dolları ötüb
# 05 dekabr 2022 11:34 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 600 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 5 dekabr tarixində yanvar fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 611,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 471,8dollar) ilə müqayisədə 9,5% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR