Avropada təbii qazın qiyməti 1000 dolları ötüb - YENİLƏNİB

Avropada təbii qazın qiyməti 1000 dolları ötüb - YENİLƏNİB
# 09 iyun 2022 12:38 (UTC +04:00)

Avropada təbii qazın qiyməti yenidən 1000 dolları ötüb.

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1000 kubmetrinin qiyməti 1000 ABŞ dollarını ötüb.

APA-Economics” xəbər verir ki, 9 iyun tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) iyun fyuçerslərinin qiyməti 1 017,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 15,9% çoxdur.

***

09:58

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 875 ABŞ dollarından aşağı düşüb.

"APA-Economics" xəbər verir ki, 8 iyun tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) iyun fyuçerslərinin qiyməti 874 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 0,8% azdır.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR