Avropada təbii qazın qiyməti 460 dollardan aşağı enib - YENİLƏNİB

Avropada təbii qazın qiyməti 460 dollardan aşağı enib - YENİLƏNİB
# 09 mart 2023 12:12 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2021-ci ilin iyulun 27-dən ilk dəfə olaraq 450 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 9 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 447,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (461,9 dollar) ilə müqayisədə 3,2% azdır.

***

11.20

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 460 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 8 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 457 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (475,4 dollar) ilə müqayisədə 3,9% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR