Avropada təbii qazın qiyməti 480 dollardan aşağı enib

Avropada təbii qazın qiyməti 480 dollardan aşağı enib
# 07 mart 2023 09:25 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 480 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 6 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 477,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (493 dollar) ilə müqayisədə 3,1% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR