Avropada təbii qazın qiyməti 500 dollardan aşağı enib

Avropada təbii qazın qiyməti 500 dollardan aşağı enib
# 03 mart 2023 14:11 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2021-ci ilin avqustun 23-dən ilk dəfə olaraq 500 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 2 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 497,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (513,1 dollar) ilə müqayisədə 3,1% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR