Avropada təbii qazın qiyməti 540 dollardan aşağı enib

Avropada təbii qazın qiyməti 540 dollardan aşağı enib
# 27 fevral 2023 12:45 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 540 ABŞ dollarından aşağı enib.

APA-Economics” xəbər verir ki, 27 fevral tarixində mart fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 537 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (559,1 dollar) ilə müqayisədə 4% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR