Avropada təbii qazın qiyməti cüzi artıb

Avropada təbii qazın qiyməti cüzi artıb
# 08 noyabr 2022 09:49 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 170 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 7 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 169 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 163,1 dollar) ilə müqayisədə 0,5% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR