Avropanın qaz anbarları fevral ayında boş qala bilər

Avropanın qaz anbarları fevral ayında boş qala bilər
# 03 oktyabr 2022 14:58 (UTC +04:00)

Noyabrın 1-dən etibarən Rusiya boru kəməri qazının regiona tədarükü tamamilə kəsilərsə və mayeləşdirilmiş təbii qazın tədarükü məhdudlaşdırılarsa, Avropanın yeraltı anbarları demək olar ki, bütün ehtiyatlarını itirmək və həcmlərin fevralda 5%-ə enmək riski ilə üzləşə bilər.

APA-Economic”in verdiyi xəbərə görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) qaz bazarına dair rüblük hesabatında bildirilir.

Agentlik qeyd edir ki, sentyabrın sonunda Avropanın qaz anbarları demək olar ki, 90% doldurulub. Bununla belə, Rusiya təchizatının tamamilə itirilməsi riski gələn qışda anbarları doldurmaq üçün böyük problemdir. Buna görə də agentlik Rusiya Federasiyasından ixracın noyabrın 1-dən dayandırılmasının nəticələrini qiymətləndirib.

Hesabata əsasən, qaza qənaət tədbirləri anbarlardan qazın çıxarılmasını minimuma endirmək və istilik mövsümünün sonuna qədər adekvat ehtiyatları saxlamaq üçün vacib olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR