Avropda qazın qiyməti 270 dollardan aşağı enib

Avropda qazın qiyməti 270 dollardan aşağı enib
# 30 may 2023 13:00 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 270 ABŞ dollarından aşağı enib..

APA-Economics” xəbər verir ki, 30 may tarixində iyun fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 267,7 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (271,7 dollar) ilə müqayisədə 1,5% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR