Avstraliya Avropaya LNG tədarük etməyə hazırdır

Avstraliya Avropaya LNG tədarük etməyə hazırdır
# 26 yanvar 2022 11:59 (UTC +04:00)

Avstraliya Avropa ölkələrində Rusiya yanacağı qıtlığı yaranarsa, onlara maye qaz tədarük etməyə hazırdır.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Avstraliyanın təbii sərvətlər və su ehtiyatları naziri Kit Pitt bildirib.

“Avstraliya Rusiya qazının çatışmazlığı halda Avropa ölkələrindən gələcək mayeləşdirilmiş təbii qaz (LNG) tədarükü ilə bağlı istənilən müraciətə cavab olaraq yardım göstərməyə hazırdır, - nazir qeyd edib.

O əlavə edib ki, avstraliyalı mayeləşdirilmiş qaz ixracatçıları dünyanın aparıcı şirkətləridir və istənilən yerə LNG tədarük etməyə imkanındadırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR