Avtomobil benzininin istehsalı azalıb

Avtomobil benzininin istehsalı azalıb
# 18 iyul 2022 14:01 (UTC +04:00)

Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1705,4 milyon manat olmaqla, əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 15,4 faiz azalıb.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, yanacaq mazutunun istehsalı 2,7 dəfə, neft bitumu 17,8 faiz artıb, avtomobil benzininin istehsalı 13,1 faiz, sürtkü yağlarının istehsalı 29,9 faiz, dizel yanacağının istehsalı 29,9 faiz, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı 33,1 faiz, neft koksunun istehsalı isə 41,1 faiz azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR