Azad olunmuş ərazilərdə avtomobillər üçün elektrik doldurma məntəqələri yaradılacaq

Azad olunmuş ərazilərdə avtomobillər üçün elektrik doldurma məntəqələri yaradılacaq
# 22 iyun 2022 16:25 (UTC +04:00)

Azad olunmuş ərazilərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələri yaradılacaq.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.

Tədbirlər Planına əsasən, İqtisadiyyat Nazirliyi Energetika Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC ilə birlikdə 2022- 2026-cü illərdə nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasının dəstəklənməsini təmin etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR