Azəbaycanın qaz ixracından gəlirləri dəfələrlə artıb

Azəbaycanın qaz ixracından gəlirləri dəfələrlə artıb
# 16 sentyabr 2022 10:48 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 10 317 686,45 min ABŞ dolları dəyərində 15 053 987,9 min kubmetr təbii qaz ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə ixrac olunan qazın həcmi 13,7%, dəyəri isə 4,4 dəfəyə yaxın artıb.

Məlumata görə, hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan təbii qazın dəyərinə dair məlumatlar nəzərə alınıb.

Qeyd edək ki, ötən il Azərbaycan 5 534 398,34 min ABŞ dolları dəyərində 20 046 650,21 min kubmetr təbii qaz ixrac edib. 2020-ci ilin göstəricisi ilə müqayisədə, ixrac olunan qazın həcmi 61,3%, dəyəri isə 2,5 dəfə artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR