Azərbaycan hökuməti 2021-2023-ci illər üçün neftin qiyməti üzrə proqnozunu açıqlayıb

Azərbaycan hökuməti 2021-2023-ci illər üçün neftin qiyməti üzrə proqnozunu açıqlayıb
# 22 oktyabr 2019 17:12 (UTC +04:00)

Azərbaycan hökuməti 2021-2023-ci illər üçün dünya bazarlarında neftin bir barelinin orta qiymətini 55 ABŞ dolları səviyyəsində proqnozlaşdırır.

"APA-Economics"in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, 2019-cu il üçün bu göstərici 60 dollar, 2020-ci və növbəti iki il üçün isə 55 dollar səviyyəsində olacağı gözlənilir.

Ötən il dünya bazarlarında neftin bir barelinin orta qiyməti 71,1 dollar civarında olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR