Azərbaycan 2023-ci ildə neft məhsullarının istehsalını 5% artıracaq

Azərbaycan 2023-ci ildə neft məhsullarının istehsalını 5% artıracaq
# 23 oktyabr 2019 14:56 (UTC +04:00)

Azərbaycanda 2023-cü 5 855,4 min ton neft məhsullarının istehsal ediləcəyi proqnozlaşdırılır ki, bu da 2019-cu il üçün olan proqnozla müqayisədə 4,7% çoxdur.

"APA-Economics"in Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin zərfinə istinadən verdiyi məlumata görə, 2019-cu ildə ölkədə 5 592,4 min ton neft məhsulları istehsal ediləcəyi proqnozlaşdırılır, 2020-ci ildə bu göstərici 5 569,6 min ton səviyyəsində olacağı gözlənilir.

Sənədə əsasən, 2021-ci və 2022-ci illərdə neft məhsullarının istehsalında artım olacağı və müvafiq olaraq 5 579,1 min ton və 5 603 min ton təşkil edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 5 543,2 min ton neft məhsulları istehsal edilib.

Proqnoza əsasən, 2019-cu illə müqayisədə 2023-cü ildə avtomobil benzininin istehsalı 27,7% artacağı və 1 448 min ton olacağı gözlənilir. Gələn il Azərbaycanda 1 333,5 min ton, 2021-ci ildə – 1 360 min ton, 2022-ci ildə isə 1 410,5 min ton benzin istehsal olunacağı planlaşdırılır.

Bundan əlavə, 2023-cü ildə dizel yanacağının istehsalında da artım müşahidə ediləcəyi də proqnozlaşdırılır. Belə ki, həmin il bu göstərici 2 359,3 min ton səviyyəsində olacaq, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 14,5%-lik artım deməkdir.

Proqnoza əsasən, ölkədə 2019-cu ildə 2 060,1 min ton, 2020-ci ildə – 2 033,9 min ton, 2021-ci ildə – 2 035,8 min ton, 2022-ci ildə isə 2 049,6 min ton dizel yanacağı istehsalı gözlənilir.

Xatırladaq ki, keçən il respublikada 1 185,6 min ton avtomobil benzini və 1 921,8 min ton dizel yanacağı istehsal edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR