Azərbaycan "Aİ-92" markalı benzinin idxalını dəfələrlə artırıb

Azərbaycan "Aİ-92" markalı benzinin idxalını dəfələrlə artırıb
# 22 iyun 2022 12:37 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında Azərbaycan xaricdən 74 491,21 min ABŞ dolları dəyərində 70 722,7 ton "Aİ-92" markalı avtomobil benzini idxal edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, ötən ilin eyni dövrü ilə müqayisədə "Aİ-92" benzininin idxalı dəyər ifadəsində 31,2%, həcm ifadəsində isə 14,2%, artıb.

Ötən il Azərbaycan 2 387,4 min dollar dəyərində 4 995,64 ton "Aİ-92" markalı benzin idxal edib.

Xatırladaq ki, Azərbaycanda "Aİ-92" markalı avtomobil benzini, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda istehsal olunur. Bu ilin aprel-may aylarında NEZ-in profilaktik işlərinin aparılması üçün müvəqqəti olaraq dayandırılmışdı (50 gün müddətinə). Lazım olan işlərin həyata keçirilməsindən sonra zavodda modernləşdirilmə layihəsi çərçivəsində “Avro-5” standartı üzrə dizel istehsalına başlamaq üçün zəruri olan yeni əsas texnoloji qurğuların mərhələli şəkildə işə salınmasına başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR