Azərbaycan "Aİ-98" markalı benzinin idxalını kəskin azaldıb

Azərbaycan "Aİ-98" markalı benzinin idxalını kəskin azaldıb
# 21 iyun 2022 17:01 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 292,62 min ABŞ dolları dəyərində 267,29 ton "Aİ-98" ("Super") markalı benzin idxal edilib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına görə, illik müqayisədə idxal olunan benzinin 3,6 dəfə, dəyəri isə 2,6 dəfə azalıb.

Xatırladaq ki, ötən il Azərbaycana 2,395 mln. ABŞ dolları dəyərində 2 684,79 ton "Aİ-98" ("Super") markalı benzin idxal edilib. İllik müqayisədə idxal olunan benzinin həcmi 1,1%, dəyəri isə 14,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR