Azərbaycan Almaniyaya neft ixrac edən ölkələr arasında 7-ci yerdədir

Azərbaycan Almaniyaya neft ixrac edən ölkələr arasında 7-ci yerdədir
# 19 sentyabr 2019 13:04 (UTC +04:00)

Azərbaycan Almaniyaya xam neft ixrac edən ölkələr arasında yeddinci yerdə qərarlaşıb.

APA-nın xəbərinə görə, bu barədə Almaniyanın İqtisadiyyat və İxraca Nəzarət Federal İdarəsindən bildirilib.

İqtisadiyyat və İxraca Nəzarət Federal İdarəsinin ilkin hesabatına görə, 2019-cu ilin iyul ayında Almaniya Federativ Respublikası 8,0 milyon ton xam neft idxal edib ki, bu da ötən ilin müvafiq ayı ilə müqayisədə 6,2% çoxdur (7,5 milyon ton).

Ümumilikdə isə 2019-cu ilin yanvar-iyul ayı ərzində ixrac edilən xam neftin həcmi ötən illə müqayisədə 4.4% azalıb.

Federal İdarənin hesabatına görə, 2019-cu ilin yanvar-iyul aylarında Almaniyaya xam neft ixrac edən ölkələr arasında Rusiya Federasiyası 15,2 milyon tonla birinci yerdə qərarlaşıb. Almaniyaya müvafiq olaraq Böyük Britaniya 6,0 milyon ton, Norveç 5,9 milyon ton, Liviya 4,7 milyon ton, Qazaxıstan 3,7 milyon ton və ABŞ 2,8 milyon ton xam neft ixrac edib.

Azərbaycan isə 2019-cu il yanvar-iyul ayları ərzində Almaniyaya 2,7 milyon ton xam neft ixrac edib ki, bu da ötən illə müqayisədə azdır. Belə ki, ötən ilin müvafiq dövrü ərzində Almaniyaya 3,1 milyon ton xam neft ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR