Azərbaycan Avropa Siyasi İcması Sammitində enerji təhlükəsizliyi ilə bağlı müzakirələrdə iştirak edəcək

Azərbaycan Avropa Siyasi İcması Sammitində enerji təhlükəsizliyi ilə bağlı müzakirələrdə iştirak edəcək
# 01 iyun 2023 12:08 (UTC +04:00)

Azərbaycan Moldovanın paytaxtı Kişinyovda baş tutan Avropa Siyasi İcması Sammiti çərçivəsində aparılacaq enerji təhlükəsizliyi ilə bağlı müzakirələrdə iştirak edəcək.

APA xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Aleksandr de Kroo jurnalistlərə açıqlamasında deyib.

“Bir çox ölkələrin burada, Avropada olmasına görə şadıq. Aparacağımız əsas müzakirələrin əsas hissələrindən biri enerjidir və şadıq ki, Azərbaycan da burada, müzakirə masasındadır”, - Aleksandr de Kroo bildirib.

Ramiz Mikayıloğlu

Səid Babazadə

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR