Azərbaycan Avropanın 5 ölkəsinə sürtgü yağlarının ixracına başlayıb

Azərbaycan Avropanın 5 ölkəsinə sürtgü yağlarının ixracına başlayıb
# 22 aprel 2022 13:25 (UTC +04:00)

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Alco” MMC Avropa ölkələrinə - Almaniya, İtaliya, İngiltərə, Rumıniya və Bolqarıstana - sürtgü yağları və radiator mayesinin ixracına başlayıb.

Sənaye Parkından “APA-Economics”ə verilən məlumata görə, bu ölkələrə ilkin mərhələdə 2 min tondan çox məhsul göndərilib və növbəti mərhələdə bunun 10 min tona çatdırılması planlaşdırılır.
Qeyd edək ki, investisiya dəyəri 15 mln. ABŞ dolları olan müəssisədə 100-dək işçi çalışır. Müəssisə fəaliyyətə başlayandan 2021-ci ilin sonunadək 36 min tondan çox məhsul istehsal edilib ki, bunun da 6 min tonu daxili bazarda satılıb, 30 min tonu isə ixrac edilib.

İstehsal olunan məhsullar əsasən, Türkiyə, Gürcüstan, Ukrayna, İraq, Livan, Polşa, Moldova, Türkmənistan və başqa ölkələrə ixrac edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR