Azərbaycan benzin istehsalını azaldıb

Azərbaycan benzin istehsalını azaldıb
# 20 noyabr 2019 10:08 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 544,8 mln. manat olmaqla əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə 4,8% azdır.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft məhsullarından avtomobil benzininin, sürtgü yağlarının, neft bitumunun, ağ neftin, neft koksunun istehsalı azalıb, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

2019-cu ilin yanvar-oktyabr aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Avtomobil benzini, min ton

947,6

93,9

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

203,3

119,4

Ağ neft, min ton

490,8

96,8

Dizel yanacağı, min ton

1 714

106,1

Yanacaq mazutu, min ton

98,9

133,8

Sürtkü yağları, min ton

18,9

17

Neft bitumu, min ton

205,4

83,1

Neft koksu, min ton

198,3

96,4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR