Azərbaycan benzin istehsalını azaldıb, dizel istehsalını isə artırıb

Azərbaycan benzin istehsalını azaldıb, dizel istehsalını isə artırıb
# 17 iyul 2019 11:29 (UTC +04:00)

Bu ilin birinci yarısında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,54 mlrd. manata yaxın olub ki, bu da əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə 1,5% azdır.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, neft məhsullarından avtomobil benzininin, ağ neftin, sürtkü yağlarının, neft bitumunun istehsalı azalıb.

Komitənin məlumata əsasən, ötən dövr ərzində ölkədə yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalında artım müşahidə olunub.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

2019-cu ilin yanvar-iyun aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %

Avtomobil benzini, min ton

607,2

98,8

Neft-kimya sənayesində istifadə üçün benzin, min ton

151,8

130,3

Ağ neft, min ton

300,3

98,8

Dizel yanacağı, min ton

1 067

105,1

Yanacaq mazutu, min ton

57,8

173,6

Sürtkü yağları, min ton

9,6

35,8

Neft bitumu, min ton

98

70,6

Neft koksu, min ton

446,9

91,1

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR