Azərbaycan bu il 19 mln. tondan artıq neft hasil edib

Azərbaycan bu il 19 mln. tondan artıq neft hasil edib
# 08 avqust 2022 15:16 (UTC +04:00)

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 19,2 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, neft hasilatının 12 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun, 2,6 milyon tonu (kondensat) “Şahdəniz” yatağının payına düşüb.

Məlumata görə, hesabat dövründə SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR