Azərbaycan bu il 28 ölkəyə 22 mln. tondan çox neft ixrac edib - REYTİNQ

Azərbaycan bu il 28 ölkəyə 22 mln. tondan çox neft ixrac edib - REYTİNQ
# 17 noyabr 2022 12:03 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan İtaliyaya 6 263 888,2 min ABŞ dolları dəyərində 8 362 892,86 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında ikinci yerdə İsrail qərarlaşıb.

Belə ki, hesabat dövründə Azərbaycan bu ölkəyə 1 502 824,48 min dollar dəyərində 2 060 452,37 ton neft ixrac edib.

Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-oktyabr aylarında bu ölkəyə 1 548 559,38 min dollar dəyərində 1 878 006,95 ton neft ixrac edilib.

Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 28 ölkəyə 17 179 696,55 min dollarlıq 22 682 798,25 ton neft ixrac edib.

"APA-Economics" Azərbaycanın 2022-ci ilin yanvar-oktyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (ixrac edilən neftin miqdarına görə) təqdim edir:

#

Ölkələr

Miqdar, ton

Məbləğ, min $

-

Cəmi

22 682 798,25

17 179 696,55

1

İtaliya

8 362 892,86

6 263 888,2

2

İsrail

2 060 452,37

1 502 824,48

3

Hindistan

1 878 006,95

1 548 559,38

4

Xorvatiya

1 159 692,58

952 386,35

5

İspaniya

1 113 360.26

824 300,07

6

Böyük Britaniya

926 011,63

752 508,07

7

Portuqaliya

881 567,44

641 827,9

8

Çexiya

822 573,47

658 771,09

9

Tunis

542 863,82

408 414,73

10

Almaniya

531 216,62

380 284,75

11

Türkiyə

525 894,68

331 291,15

12

Ukrayna

506 359,3

304 578,84

13

Rumıniya

448 687,34

320 061,2

14

İndoneziya

488 035

381 867,94

15

İrlandiya

433 010,12

336 355,21

16

Vyetnam

415 709,55

361 787,26

17

Tailand

404 990,99

257 211,41

18

Yunanıstan

272 142,03

212 128,25

19

İsveçrə

264 864,95

232 002,72

20

Avstraliya

156 418

138 977,88

21

Tayvan (Çinin əyaləti)

138 543,45

115 684,58

22

Avstriya

134 447,20

90 016,75

23

Niderland

82 680,85

62 240,63

24

Belarus

84 893,31

57 590,07

25

Fransa

46 300,13

43 447,48

26

Rusiya

710,65

419,99

27

Bolqarıstan

471,01

268,72

28

Gürcüstan

1,70

1,44

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR