Azərbaycan bu il maye qazın ixracını kəskin azaldıb

Azərbaycan bu il maye qazın ixracını kəskin azaldıb
# 15 sentyabr 2022 16:17 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 9 686,9 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 77,5% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 3 950,7 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 64,8% azdır.

Xatırladaq ki, ötən il Azərbaycan 69 268,1 ton maye qaz ixrac edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 1,7 dəfə çoxdur. 2021-ci ildə ixrac edilən maye qazın dəyəri 22 748,8 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR