Azərbaycan bu il qaz hasilatını 14% artırıb

Azərbaycan bu il qaz hasilatını 14% artırıb
# 17 may 2022 17:55 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 20,4 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-aprel aylarına nisbətən 0,6% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 11 088,5 min ton, əmtəəlik təbii qaz hasilatı isə 11992,1 mln. kubmetr təşkil edib.

Məlumata görə, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 % azalıb, əmtəəlik qaz hasilatı isə 16,5% artıb.

Hesabat dövründə, ölkədə cəmi 11 121,2 min ton neft (-3,8%) və 15 745,1 mln. kubmetr qaz (+14,4) hasil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR