Azərbaycan Cənubi Qafqaz kəməri ilə qazın nəqlini 34% artırıb

Azərbaycan Cənubi Qafqaz kəməri ilə qazın nəqlini 34% artırıb
  • Clock-gray 10:12
  • calendar-gray 17 İyul 2019

Azərbaycan bu ilin yanvar-iyun aylarında 35,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsi ilə 4,9 mlrd. kubmetr qaz nəql edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,9% çoxdur.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr ərzində ölkənin magistral qaz kəmərləri ilə 13,9 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,9% artım qeydə alınıb.  

Komitənin məlumatına əsasən, magistral qaz kəmərləri ilə nəql edilən qazın 35,2%-i Bakı-Tbilisi-Ərzurum boru kəmərinin payına düşüb.

Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilmişdir. Kəmərin uzunluğu 980 kilometr, diametri 42 düymdur.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date