Azərbaycan Cənubi Qafqaz kəməri ilə bu il 7,4 mlrd. kumbetr qaz ixrac edib

Azərbaycan Cənubi Qafqaz kəməri ilə bu il 7,4 mlrd. kumbetr qaz ixrac edib
  • Clock-gray 10:14
  • calendar-gray 18 Oktyabr 2019

Azərbaycan bu ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsi ilə 7,41 mlrd. kubmetrə yaxın qaz nəql edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən dövr ərzində ölkənin magistral qaz kəmərləri ilə 19,9 mlrd. kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 18,5% artım qeydə alınıb.

Komitənin məlumatına əsasən, magistral qaz kəmərləri ilə nəql edilən qazın 37,2%-i Bakı-Tbilisi-Ərzurum boru kəmərinin payına düşüb.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date