Azərbaycan əmtəəlik qaz hasilatını 18,5% artırıb

Azərbaycan əmtəəlik qaz hasilatını 18,5% artırıb
# 17 iyun 2022 13:43 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 26,4 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-may aylarına nisbətən 2,2% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 13 894,1 min ton, əmtəəlik təbii qaz hasilatı isə 14 874 mln. kubmetr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7% azalıb, əmtəəlik qaz hasilatı isə 18,5% artıb”, - məlumatda qeyd olunub.

Qeyd olunub ki, ümumiyyətlə hesabat dövründə 13 933,6 min ton neft və 19 639,8 mln. kubmetr qaz hasil edilib, bu da müvafiq olaraq 2,6% azalma və 15,5% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR