Azərbaycan əmtəəlik qaz istehsalını 15% artırıb

Azərbaycan əmtəəlik qaz istehsalını 15% artırıb
# 12 avqust 2022 12:26 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 37,3 mlrd.manat olmaqla, əvvəlki ilin yanvar-iyul aylarına nisbətən 0,6% artıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 19 150,4 min ton, əmtəəlik təbii qaz hasilatı isə 20 481 mln. kubmetr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,5% azalıb, əmtəəlik qaz hasilatı isə 15,3% artıb”

Qeyd olunub ki, ümumiyyətlə hesabat dövründə 19 206 min ton neft və 27 274,7 mln. kubmetr qaz hasil edilib, bu da müvafiq olaraq 4,4% azalma və 13,2% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR