Azərbaycan əmtəəlik qazın istehsalını 9%-dək artırıb

Azərbaycan əmtəəlik qazın istehsalını 9%-dək artırıb
# 16 noyabr 2022 13:08 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 56 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 1,9% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 27 161,8 min ton, əmtəəlik təbii qaz hasilatı isə 28 689,6 mln. kubmetr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,5% azalıb, əmtəəlik qaz hasilatı isə 8,6% artıb”, - məlumatda qeyd olunur.

Qeyd olunub ki, ümumiyyətlə hesabat dövründə 27 238,6 min ton neft və 38 449,4 mln. kubmetr qaz hasil edilib, bu da müvafiq olaraq 5,4% azalma və 7,5% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR