Azərbaycan son 11 ildə 8,2 mlrd. kVt/saatdan çox elektrik enerjisi ixrac edib

Azərbaycan son 11 ildə 8,2 mlrd. kVt/saatdan çox elektrik enerjisi ixrac edib
# 03 sentyabr 2019 10:45 (UTC +04:00)

Azərbaycan 2008-2018-ci illər ərzində 8,2 mlrd. kVt/saatdan artıq elektrik enerjisi ixrac edib. Bu barədə “APA-Economics” Energetika Nazirliyindən bildirilib.

Məlumata əsasən, dövr üzrə ən yüksək göstərici – 1 445,2 mln. kVt/saat – 2018-ci ildə, ən aşağı göstərici isə – 265 mln. kVt/saat – 2015-ci ildə qeydə alınıb. Son 11 ildə Azərbaycanda elektrik enerjisinin ixracı 78,1% artıb.

Hesabat dövründə ölkə 1,41 mlrd. kVt/saata yaxın elektrik enerjisi idxal edib.

Qeyd edək ki, Azərbaycan energetika sistemində elektrik stansiyalarının qoyuluş gücü 7 146,565 MVt-dır (84,7% – “Azərenerji” ASC üzrə, 11,9% – müştərək elektrik stansiyalar üzrə, 3,4% – Naxçıvan MR üzrə).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR