Azərbaycan İtaliya ilə ətraf mühit və iqlim dəyişikliyi sahəsində uğurlu əməkdaşlıq edir

Azərbaycan İtaliya ilə ətraf mühit və iqlim dəyişikliyi sahəsində uğurlu əməkdaşlıq edir
# 08 iyun 2023 23:41 (UTC +04:00)

"Azərbaycanın torpaqları işğal altında olduğu dövrdə, istərsə də postmünaqişə dövründə İtaliya ədalətli mövqe nümayiş etdirib".

APA xəbər verir ki, bunu Bakıda İtaliyanın Milli Gününə həsr olunmuş tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib.

Nazir vurğulayıb ki, iki ölkə arasında münasibətlərin dərin və dayanıqlı kökləri var:

"1918-ci ildə Azərbayda Demokratik Respublikası qurulanda İtaliya səfirliyi Bakıda fəaliyyətə başladı. 1990-cı illərin əvvəlində Azərbaycan yenidən müstəqillik qazandıqdan sonra İtaliya Qafqazda ilk səfirliyini Bakıda açdı.

İtaliya bizim ən böyük ticarət tərəfdaşlarımızdandır. Trans-Adriatik Qaz Kəmərinin işə düşməsi ilə Azərbaycan İtaliyanın əsas qaz təchizaçılarından birinə çevrildi”.

Muxtar Babayev uzun illərdir İtaliya şikətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini vurğulayıb:

"İmzalanan yeni müqavilələrlə iki ölkə arasında iqtisadi əməkdaşlıq şaxələnib. İstər torpaqlarımız işğal altında olduğu dövrdə, istərsə də post-münaqişə dövründə İtaliya məsələyə münasibətdə ədalətli mövqe göstərib.

Vurğulamaq lazımdır ki, azad olunan torpaqlarımıza ilk səfərlərdən birini də İtaliya hökumətinin və parlamentin təmsilçiləri edib”.

Nazir bildirib ki, İtaliya şirkətləri azad olunan ərazilərdə iş aparır.

Muxtar Babyev deyib ki, iki ölkə arasında təhsil, mədəniyyət sahəsində uğrlu əməkdaşlıq var və minlərlə azərbaycanlı tələbə İtaliya universitetlərində təhsil alır.

"İtaliya- Azərbaycan Univeristinin təməlqoyma mərasimi bu sahədə uğurlu əməkdaşlığın sübutudur.

Bizim ətraf mühit və iqlim dəyişikliyi sahəsində uğurlu əməkdaşlığımız var. Abşeronda neftlə çirklənmiş torpaqların qiymətləndirilməsi və invetarlaşdırlması üzərində İtaliya şirkətləri işləyib",- deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR