Azərbaycan kimya məhsullarının ixracını kəskin artırıb

Azərbaycan kimya məhsullarının ixracını kəskin artırıb
  • Clock-gray 16:43
  • calendar-gray 16 İyul 2019

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 210,06 min tona yaxın kimya sənayesi məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkədən ixrac edilən kimya sənayesi məhsullarının dəyəri 45,65 mln. ABŞ dollarından çox olub ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 48,6%-lik artım deməkdir. 

Qeyd edək ki, yanvar-iyunda kimya sənayesi məhsullarının Azərbaycanın ümumi ixracında payı 0,46% təşkil edib.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date