Azərbaycan maye qazın ixracını 85% artırıb

Azərbaycan maye qazın ixracını 85% artırıb
# 18 may 2023 11:30 (UTC +04:00)

Bu ilin yanvar-mart ayında Azərbaycan 9 945,5 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 85,1% çoxdur.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, həcmlərin artımına baxmayaraq hesabat dövründə ixrac edilən maye qazın dəyəri 477,4 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 81,4% azdır.

Xatırladaq ki, ötən il Azərbaycan 22 834,7 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 67% azdır. Hesabat dövründə ixrac edilən maye qazın dəyəri 5 749 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 74,7% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR