Azərbaycan neft ixracını azaldıb, gəlirlər isə artıb

Azərbaycan neft ixracını azaldıb, gəlirlər isə artıb
# 18 may 2022 17:42 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan xaricə 6 544 674,13 min ABŞ dolları dəyərində 9 481 168,95 ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Bu barədə "APA-Economics" Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.

Məlumata görə, ixrac olunan xam neft və xam neft məhsullarının həcmi 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 11,7% azalsa da, dəyəri 50,3% artıb.

Qeyd edək ki, ötən il Azərbaycan xaricə 13 218 936,05 min ABŞ dolları dəyərində 27 116 060,62 ton xam neft və xam neft məhsulları ixrac edib. İxrac olunan xam neft və xam neft məhsullarının həcmi 2020-ci ilin göstəricisi ilə müqayisədə 6,6% azalsa da, dəyəri 41,2% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR