Azərbaycan neft ixracını cüzi azaldıb

Azərbaycan neft ixracını cüzi azaldıb
# 30 dekabr 2021 14:48 (UTC +04:00)

Azərbaycan bu ilin yanvar-noyabr aylarında təxminən 25,7 mln. ton neft (kondensatla birlikdə) ixrac edib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 334 min ton, yəni 1,3% azalıb.

Məlumata görə, ixracın 24,5 mln. tona yaxın konsorsiumun, 1,2 mln. tondan çoxu isə SOCAR-ın payına düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR