Azərbaycan neft koksunun ixracını 23% azaldıb

Azərbaycan neft koksunun ixracını 23% azaldıb
# 25 iyun 2019 11:57 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 64,6 min tondan artıq neft koksu ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,9% azdır.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə ixrac edilən neft koksunun dəyəri 6,3 mln. ABŞ dolları təşkil edib ki, bu da 2018-ci ilin ilk dörd ayı ilə müqayisədə 24,8% çoxdur.

Bundan əlavə, ölkədən təxminən 29 mln. dollar dəyərində (-17,5%) 34,2 min tona yaxın (-5,5%) polietilen ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR