Azərbaycan neft məhsullarının ixracını 5% azaldıb

Azərbaycan neft məhsullarının ixracını 5% azaldıb
# 16 iyul 2019 15:12 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 521 min tona yaxın neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2% azdır.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkədən ixrac edilən neft məhsullarının dəyəri 261,2 mln ABŞ dollarından çox olub ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 8,3% azdır.

Qeyd edək ki, yanvar-iyunda neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,62% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR