Azərbaycan neft məhsullarının ixracını azaldıb

Azərbaycan neft məhsullarının ixracını azaldıb
# 18 aprel 2022 12:08 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan 91 079,73 min ABŞ dolları dəyərində 158 729,84 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 0,17%, həcmi isə 29,6% azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 649 567,45 min ABŞ dolları dəyərində 1 341 851,3 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 2,2 dəfədən çox, həcmi isə 26,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR