Azərbaycan neft və neft məhsullarının ixracını artırıb

Azərbaycan neft və neft məhsullarının ixracını artırıb
# 18 iyun 2019 11:37 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycandan 14,06 mln. tona yaxın xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 19,2% çoxdur.

APA-Economics”ın Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi məlumata görə, bu dövr ixrac edilən xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının dəyəri 6,72 mlrd. ABŞ dollarından artıq olub ki, bu da 15,5% artım deməkdir.

Məlumata əsasən, yanvar-may aylarında ölkədən 436,22 min ton neft məhsulları (2 710 mal kodu üzrə) ixrac edilib (-15,8%). İxrac edilən məhsulların dəyəri isə 220 mln. dollara yaxın olub (-17,8%).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR