Azərbaycan nefti avqustda 10%-dən çox ucuzlaşıb

Azərbaycan nefti avqustda 10%-dən çox ucuzlaşıb
# 03 sentyabr 2022 10:34 (UTC +04:00)

Bu ilin avqust ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 95,02 ABŞ dollarına bərabər olub.

"APA-Economics"in apardığı hesablamalara görə, bu, 2021-ci ilin avqust ayının eyni göstəricisi ilə müqayisədə 24,79 dollar və ya 35,3% çoxdur.

Cari ilin iyul ayı ilə müqayisədə isə avqustda Azərbaycan neftinin 1 barelinin orta qiyməti 21,99 dollar (və ya 18,8%) azalıb.

Ay ərzində ən yüksək göstərici (avqustun – 1-i) 105,97 dollar təşkil edib, ən minimal göstərici isə (avqustun – 16-sı) 94,11 dollar səviyyəsində olub. Avqust ayı ərzində Azərbaycan neftinin qiyməti 10,95 dollar və ya 10,3% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR