Azərbaycan nefti ötən həftə 10 dollara yaxın ucuzlaşıb

Azərbaycan nefti ötən həftə 10 dollara yaxın ucuzlaşıb
# 08 avqust 2022 10:13 (UTC +04:00)

Ötən həftə (1-5 avqust) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 101,558 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 9,806 dollar və ya 8,81% azdır.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (I gün) – 105,97 dollar təşkil edib, ən minimal göstərici (IV gün) isə 96,61 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR