Azərbaycan neftinin qiyməti 79 dollardan aşağı enib

Azərbaycan neftinin qiyməti 79 dollardan aşağı enib
# 09 iyun 2023 09:12 (UTC +04:00)

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,04 ABŞ dolları və ya 1,31% azalaraq, 78,43 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR