Azərbaycan neftinin qiyməti 81 dolları ötüb

Azərbaycan neftinin qiyməti 81 dolları ötüb
# 30 dekabr 2021 11:21 (UTC +04:00)

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti artıb.

"APA-Economics"in məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,32 ABŞ dolları və ya 2,94% artaraq 81,24 dollar təşkil edib.

Xatırladaq ki, ötən həftə ərzində (20-24 dekabr) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 76,7 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 0,78 dollar və ya 1,03% çoxdur. Həftə ərzində ən yüksək göstərici (IV gün) – 79,24 dollar təşkil edib, ən minimal göstərici (I gün) isə 72,04 dollar səviyyəsində olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR