Azərbaycan neftinin qiyməti həftə ərzində 2%-dək artıb

Azərbaycan neftinin qiyməti həftə ərzində 2%-dək artıb
# 21 may 2022 10:30 (UTC +04:00)

Həftə ərzində (16 – 20 may) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 120,32 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 7,47 dollar və ya 6,6% çoxdur.

"APA-Economics" xəbər verir ki, həftə ərzində ən yüksək göstərici (II gün) – 123,18 dollar təşkil edib, ən minimal göstərici (III gün) isə 118,42 dollar səviyyəsində olub.

Həftə ərzində Azərbaycan neftinin qiyməti 2,23 dollar və ya 1,86% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR