Azərbaycan neftinin qiyməti həftə ərzində 5% azalıb

Azərbaycan neftinin qiyməti həftə ərzində 5% azalıb
# 23 iyul 2022 10:49 (UTC +04:00)

Həftə ərzində (18 – 22 iyul) dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 118,95 ABŞ dollarına bərabər olub ki, bu da əvvəlki həftənin orta qiyməti ilə müqayisədə 3,28 dollar və ya 2,8% çoxdur.

"APA-Economics"in məlumatına görə, həftə ərzində ən yüksək göstərici (I gün) – 121,74 dollar təşkil edib, ən minimal göstərici (V gün) isə 115,42 dollar səviyyəsində olub.

Həftə ərzində Azərbaycan neftinin qiyməti 6,32 dollar və ya 5,2% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR