Azərbaycan neftinin qiyməti iyunda 2% azalıb

Azərbaycan neftinin qiyməti iyunda 2% azalıb
# 02 iyul 2022 10:44 (UTC +04:00)

Bu ilin iyun ayının nəticələrinə əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin 1 barelinin orta qiyməti 125,38 ABŞ dollarına bərabər olub.

"APA-Economics"in apardığı hesablamalara görə, bu, 2021-ci ilin iyun ayının eyni göstəricisi ilə müqayisədə 51,05 dollar və ya 68,7% çoxdur.
Cari ilin may ayı ilə müqayisədə isə iyunda Azərbaycan neftinin 1 barelinin orta qiyməti 6,31 dollar (və ya 5,3%) artıb.
Ay ərzində ən yüksək göstərici (iyunun – 14-ü) 133,34 dollar təşkil edib, ən minimal göstərici isə (iyunun – 22-si) 117,78 dollar səviyyəsində olub. İyun ayı ərzində Azərbaycan neftinin qiyməti 2,53 dollar və ya 2% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR