Azərbaycan “OPEC+”un hasilatı 100 min barrel artırmaqla bağlı qərarını dəstəkləyib

Azərbaycan “OPEC+”un hasilatı 100 min barrel artırmaqla bağlı qərarını dəstəkləyib
# 03 avqust 2022 17:36 (UTC +04:00)

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 31-ci iclasında gündəlik neft hasilatının sentyabrda 100 min barrel artırılması ilə bağlı qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sentyabr ayı üzrə müəyyənləşdirilmiş kvotalara uyğun olaraq Azərbaycanda gündəlik xam neft hasilatının 718 min barrelə çatdırılması nəzərdə tutulur.

“OPEC plus” ölkələri nazirlərinin 32-ci iclasının 05 sentyabr tarixində keçirilməsi razılaşdırılıb.

Qeyd edək ki, bu dəfəki nazirlər iclası avqustun 1-dən etibarən vəzifəsinin icrasına başlayan OPEC-in yeni baş katibi küveytli Haysam Əl-Qaysın (Haitham Al Ghais) rəhbərliyi ilə keçirilmiş ilk iclasdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR