Azərbaycan ötən il 26 mln. tondan çox neft ixrac edib

Azərbaycan ötən il 26 mln. tondan çox neft ixrac edib
# 13 yanvar 2023 11:57 (UTC +04:00)

Ötən il Azərbaycanda hasil edilmiş 32,6 mln. ton neftin 26,3 mln. tonu ixraca nəql edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "Twitter" hesabında paylaşım edib.

Məlumata görə, ötən il ölkədə 46,7 mlrd. kubmetr qaz hasil edilib, bu da illik müqayisədə 6,5% artım deməkdir.

“2022-ci ildə operativ məlumatlara görə, hasil edilmiş 32,6 mln. ton neftin 26,3 mln. tonu ixraca nəql edilib. Bu dövrdə 6,5% artımla hasil edilmiş 46,7 mlrd. kubmetr qazın 22,3 mlrd. kubmetri ixrac olunub”, - paylaşımda qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR